Bakıda 16 yaşlı oğlan öldürüldü: həmyaşıdı saxlanıldı

  • Müəllif: Orxan
  • 02 Oktyabr 2024 16:51

Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Gununsesi.infoya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info