
Bakıda bıçaqlandığını iddia edən gəncin özünü bıçaqladığı məlum olub.
Gununsesi.info xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onun mobil nömrəsini bloklaması olub. (APA)
***
saat 08.13
Bakının Sabunçu rayonunda küçədə dava zamanı bir nəfər bıçaqlanıb.
Gununsesi.info APA – ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxslə dava edib. Dava zamanı o qarın nahiyyəsindən bıçaqlanıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.