Bakıda ağacların dibi betonlanıb: Yaşıllaşdırma idarəsindən AÇIQLAMA – FOTO

  • By admin
  • 17 Oktyabr 2021 15:09

Bakıda ağacların dibi betonlanıb.

 Gununsesi.info xəbər verir ki, bu barədə fotoları Oxu.Az-ın redaksiyasına sakinlər göndərib.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən restoranların birinin qarşısında ağacların dibi betonlanıb, nəticədə biri tamamilə quruyub.

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların dibi betondan təmizlənib:

“Onlara aqrotexniki qaydada qulluq göstərilib”.

Gununsesi.info