Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

  • By admin
  • 17 Oktyabr 2021 15:29

Bu gün bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin (s.ə.s) mövludu günü kimi qeyd olunur.

Hicri-qəməri təqvimlə İslam peyğəmbərinin anadan olduğu gün Rəbiüləvvəl ayının 12-nə təsadüf edir. Bu il həmin tarix qriqorian təqvimi ilə oktyabrın 17-nə uyğun gəlir.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s.a.s.) mövlud tarixi İslam alimləri və tarixçilər arasında mübahisəlidir. Sonuncu peyğəmbərin doğum ili fərqli mənbələrdə 570-580-ci illər arasında göstərilir.

Gununsesi.info