Bakıda ağır yol qəzası – Qadın öldü

  • By admin
  • 14 İyun 2021 14:17

Bakıda piyadanın ölümü uilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, iyunun 12-də saat 12 radələrində Yasamal rayonu ərazisində Masallı rayon sakini R.Cavadov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Xəyalə Qurbanovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.