Bakıda aptekdən 5,3 min manatlıq kosmetika oğurlandı

  • By Günel
  • 18 Fevral 2025 23:37

Bakıda aptekdən oğurluq edilib.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info