Bakıda avtomobil motosikletlə toqquşub: Ölən var

  • By Günel
  • 27 Avqust 2025 09:09

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadissəsi olub.

Gununsesi.info xəbər verir ki, Neftçilər prospekti 83 ünvanında 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Zeynalzadə Yəhya Fuad oğlunu vurub.

Motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Gununsesi.info