Bakıda DƏHŞƏT – 3 nəfər maşının altında qalaraq öldü

  • By admin
  • 15 Fevral 2021 12:53

Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Gununsesi.info xəbər verilir ki, fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Zabrat qəsəbə sakini T.Əliyev müəyyən edilərək saxlanılıb.

Oxşar hadisə fevralın 14-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində də baş verib. Novxanıya gedən yolda Bakı şəhər sakini S.İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurmuşdur. Piyada yerindəcə ölüb.

Daha bir piyada ölümü fevralın 14-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 2013-cü il təvəllüdlü K.Nəcəfzadəni vurub. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hər bir hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info