Bakıda güclü yanğın baş verdi

  • Müəllif: Firuzə
  • 20 Avqust 2026 18:58

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Gununsesi.info