Bakıda məşhur liseyin direktoru vəzifəsindən azad edildi

  • Müəllif: Firuzə
  • 11 Avqust 2025 12:20

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Ankara məktəbi” məktəb-liseyinin direktoru işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.az.a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bildirilib.

Məlumatda qeyd olunub ki, Səmayə Eynullayevanın çalışmanın yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

Gununsesi.info