Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - FOTO

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb.

Gununsesi.info  xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib.

Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir.