Bakıda velosiped zolaqlarına baryerlər quraşdırıldı – FOTO

  • Müəllif: admin
  • 08 Yanvar 2024 16:07

Bakı şəhərinin mərkəzi hissələrindəki küçə və prospektlərə çəkilmiş velisoped zolaqlarının kənarlarına baryerlər quraşdırılır.

Gununsesi.info xəbər verir ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektindəki zolağın kənar hissələrinə plastik baryerlər bərkidilib.

Baryerlərin quraşdırılması ilə minik avtomobilləri və avtobusların velosiped zolağına daxil olmasının qarşısı alınacaq.

Gununsesi.info