Bakıda zavod yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info