“Barselona”dan möhtəşəm qayıdış: “Atletiko”nu darmadağın etdi – YENİLƏNİB +VİDEO

  • By admin
  • 06 Fevral 2022 21:24

Artıq xəbər verdiyimiz kimi, İspaniya La Liqasında 23-cü turun mərkəzi matçı “Nou-Kamp”da baş tutub.

“Barselona” ilə “Atletiko”(Madrid) arasındakı qarşılaşma ev sahiblərinin böyük üstünlüyü ilə keçib.

Katalonlar paytaxt klubunu ilk qolu vurmağa peşman ediblər. Təkcə ilk hissədə “Atletiko” qapısında üç qol görüb. Komanda yalnız yeddi il öncə, yenə də “Barsa” ilə oyunda ilk hissədə üç top buraxıb.

Matçın 69-cu dəqiqəsində Dani Alveş meydandan qovulsa da, qonaqlar say üstünlüyündən yararlana bilməyib.

Yekun hesab 4:2 katalon klubunun xeyrinə olub.

Bu nəticədən sonra “Barselona” 4-cü piləyə yüksəlib. “Atletiko” isə 5-ci mövqeyə düşüb.

Bəzi ekspertlər ev sahiblərinin matçdakı oyununu komandanın qayıdışı kimi qiymətləndirib və klubun yaxşı vaxtlarını xatırlatdığını qeyd ediblər.

20:15

İspaniya La Liqasında 23-cü turun mərkəzi görüşü keçirilir.

“Barselona” öz meydançasında “Atletiko”(Madrid) ilə qarşılaşır.

Oyunda hesabı 8-ci dəqiqədə qonaqlar açsalar da, matçın 10-cu dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib – 1:1.

Jordi Alba baxımlı qolla rəqib qapısının torunu silkələyib.

Qeyd edək ki, hazırda matçın birinci hissəsi bitib. “Barselona” 3:1 hesabı ilə qalib gəlir.

Gununsesi.info