Türkiyədən Livana gələn gəmi qəzaya uğradı

  • By admin
  • 06 Fevral 2022 20:45

Güclü külək nəticəsində Livan sahillərində 42 min ton mazut daşıyan tanker zədələnib, ətraf mühitə heç bir ziyan yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu Livanın nəqliyyat naziri Əli Həmiyə deyib.

“Türkiyənin Əliağa limanından Livanın Amşit limanına 42 min ton mazutla gələn “Pyxis Epsilon” tankeri Amşit sahillərində güclü külək nəticəsində qəzaya uğrayıb, nəticədə gəminin sükanı zədəlnib və boşaltmaq işləri dayandırılıb”, – Həmiyə bildirib.

Gununsesi.info