Baş Prokurorluq: Erməni təxribatı nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb

  • By admin
  • 04 Oktyabr 2020 16:10

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.

Baş Prokurorluqdan Gununsesi.info-ya verilən məlumata görə, 27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 15:30-dək ermənilərin atəşkəsi pozması nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb.

Bundan başqa 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.

 

 

Gununsesi.info