Bayram günlərində bölgələrə daşınan sərnişin sayı açıqlandı

  • Müəllif: Orxan
  • 28 May 2026 14:47

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır. 

Bu barədə Gununsesi.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 180 reys həyata keçirilib.

Sərnişinlərin 55%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Gununsesi.info