Bayramovla Mirzoyanın görüş vaxtı açıqlandı

  • Müəllif: Şəbnəm
  • 26 Sentyabr 2024 10:39

ABŞ Dövlət Departamenti bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçiriləcək görüşün saatını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, görüş Bakı vaxtı ilə 18:15-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.