BBC jurnalisti Tərtərdən yazır: “Qonşular tək yaşayan yaşlı qadın üçün ağlayırdılar”

  • By admin
  • 08 Oktyabr 2020 22:33

 

BBC-nin Tərtərdə olan əməkdaşı Orla Guerin Twitter səhifəsində münaqişə ilə bağlı paylaşımlar edir.

O, yeni qəbir şəkli paylaşaraq yazıb:

“Onillərdir davam edən qarşıdurmada təzə qəbir – Dağlıq Qarabağ. Bura bu gün səhər Ermənistan silahlı qüvvələrinin atəşi ilə öldürülən 63 yaşlı azərbaycanlı qadın Qulieva Türyan Tofiq qızının son mənzilidir”, – o yazıb.

Jurnalist bildirib ki, hər iki tərəfdəki mülki vətəndaşlar hərbi və ya mülki fərqi qoyulmadan atəş nəticəsində ölür.

Paylaşımını ötürün Twitter, 1

Paylaşımın sonu Twitter, 1

BBC jurnalisti Orla Guerin cəbhə xəttinə yaxın yaşayan mülkilərdən də yazır.

“Bura Quliyevanın evidir. Azərbaycanlı qadın öz yatağında, öz evində Dağlıq Qarabağdakı etnik erməni qüvvələrinin bombardımanı nəticəsində öldürülüb. Qonşular bizə onun siyasətdən başının çıxmadığını və heç kimə zərər verməyəcək biri olduğunu dedilər”, o yazır.

“Hər iki tərəfdə ölən mülki şəxslərin sayı artmaqdadır”, Orla Guerin davam edir.

Paylaşımını ötürün Twitter, 2

Paylaşımın sonu Twitter, 2

Cəbhə bölgəsində olan BBC jurnalisti həlak olan dinc sakinlər barədə yazıb.

“Qonşular tək yaşayan yaşlı qadın üçün ağlayırdılar. Onlardan biri “Bu müharibə bizə nəyə lazımdır?” dedi. Hər yeni hücum, hər yeni ölüm Azərbaycan və Ermənistan arasında tarixi ədavəti artırır. Həmişə olduğu kimi qarşıdurmada günahsız mülki insanlar əvəz ödəyirlər”, – o yazıb.

Paylaşımını ötürün Twitter, 3

Paylaşımın sonu Twitter, 3

Orla Guerin BBC-nin beynəlxalq jurnalistidir və bir çox münaqişə və müharibə zonalarından reportajlar verib.

BBC jurnalisti Orla Guerin erməni silahlı qüvvələrinin aramsız atəşə tutduğu Azərbaycan şəhəri Tərtərdən reportaj hazırlayıb.

BBC