Behrudidən qalmaqallı şeirlə bağlı AÇIQLAMA

  • By admin
  • 17 Oktyabr 2022 11:50

Türk dünyasının tanınmış şairi Rüstəm Behrudinin “Allahı inkar edən” şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Şairi dəstəkləyənlər olsa da, o daha çox tənqidlərə məruz qalıb.

Bu barədə Publika.az-a açıqlama verən Rüstəm Behrudi bildirib ki, o həmişə Tanrıya inanıb və ateist deyil:

“Birincisi, bu şeiri mən yox, Cavid İsmayıl paylaşıb. İkincisi, mən ateist deyiləm, Tanrıya inanan və həmişə ona can atan adam olmuşam. Üstəlik, o şeir tam olaraq paylaşılmayıb. Mən orada deyirəm ki:

Dərdimə bax, gülür ahı,

Gir könlümə, gör Allahı.

Hamının tək bir Allahı,

Hər kəsin öz şeytanı var.

Yəni, mənim kimi bütün ömrü boyu Tanrıya can atan bir adam Tanrısız, Yaradansız ola bilməz. Sadəcə olaraq şeir yarımçıq paylaşıldığı üçün insanlar o cür başa düşüblər”

Şair bildirib ki, o şeirə qiymət verən adamlar gərək həmin şeirin səviyyəsində olsunlar:

“Hay-küy salan oxucular ömürlərində nə bir dəfə kitab açıblar, nə də Qurani-Kərim oxuyublar. Allahın harada olduğunu, Ona haradan yol getdiyini bilmirlər. Sadəcə olaraq həmişə Allahın “müdafiəçiləri” kimi cahillər, heç nədən xəbəri olmayan adamlar çıxış ediblər. Əgər o Allah böyükdürsə, onun müdafiəçilərə ehtiyacı yoxdur. Həyatda əllərindən heç bir şey gəlməyənlər, uğursuz adamlar Allahı müdafiə edirlər. Mən həmin şeirdə qeyd etmişəm ki, 1400 ildir ki, kitab yoxdur. Baxın, dünya gizli və mübhəm bir yerdir. Həmişə gizli görünənlər suallar doğurur və suallara cavablar axtarılır. Mən buna işarə etmişəm. Hər şey bu qədər bəsitdir”.

Gununsesi.info