Belçika polisi erməni etirazçıları belə dağıtdı - VİDEO

  • By admin
  • 08 Oktyabr 2020 16:39

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində Dağlıq Qarabağ bölgəsi ilə bağlı hərbi əməliyyatların müzakirə olunduğu gün keçirilən Ermənistana dəstək aksiyası polis tərəfindən dağıdılıb.

Gununsesi.info “Politico.eu”ya istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, etirazçılar təyin olunan vaxtda dağılışmayıb və Brüsselin ən işlək küçələrindən biri olan “Rue de la Loi” küçəsinin altından keçən tuneli bağlayıb. Bundan sonra polis etirazçılara qarşı təzyiqli sudan istifadə edərək onları dağıtmağa çalışıb.

“Etirazçılara getmələrini söylədik, lakin onlar könüllü olaraq bunu etmədilər, bu səbəbdən təzyiqli sudan istifadə etməli olduq”,- deyə Brüssel polisinin sözçüsü qeyd edib.

Etirazçıların bununla yanaşı sosial məsafə qaydalarına əməl etmədiyi və maska taxmadıqları qeyd olunub.

Gununsesi.info