Beyrutda dəhşətli partlayışda ölən və yaralananlar arasında azərbaycanlılar varmı? – RƏSMİ

  • By admin
  • 05 Avqust 2020 10:39

Xəbər verdiyimiz kimi, dünən axşam Beyrut limanında güclü partlayış baş verib. Nəticədə, 100 nəfərdən çox insan ölüb, dörd mindən çox insan xəsarət alıb.

Xəsarət alanlar və ölənlər arasında azərbaycanlı varmı?

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bildirib ki, Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Gununsesi.info