Beyrutdakı partlayışı FTB araşdıracaq

  • By admin
  • 13 Avqust 2020 20:25

ABŞ-ın Dövlət katibinin müavini Devid Heyl bildirib ki, ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) avqustun 4-də Beyrutdakı partlayışın baş vermə hallarının müəyyənləşdirilməsində iştirak edəcək.

Gununsesi.info bildirir ki, bu barədə “Reuters” xəbər verib.

Heyl qeyd edib ki, FTB-ni istintaqda iştirak etməyə Livan hökuməti dəvət edib.

 

 

Gununsesi.info