Bir mərmiylə bitən beş ömür…

  • By admin
  • 28 Sentyabr 2021 14:33

44 günlük Vətən müharibəsinin ilk günü Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində Qurbanov Elbrus İsa oğlunun evinə düşən top mərmisi faciəvi şəkildə bir ailənin 5 üzvünün – (Qurbanov Nadirin atası, anası, həyat yoldaşı, oğlu və qardaşı qızı) həyatına son qoydu. Həmin günün günahsız qurbanları – Şəhid Fidan və Şəhriyar hələ məktəbli idilər.

Gununsesi.info xəbər verir ki, bu gün Qaşaltı Qaraqoyunlu kəndində Şəhid Qurbanovların il dönümü qeyd olunub, şəhidlərin əziz xatirəsi yad edilib.

Naftalan ŞİH başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov və hüquq mühafizə orqanlarının rəhbərləri il mərasimində iştirak edib, Şəhid Qurbanovların məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, gül dəstələri düzüblər.

Həmçinin, Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhid Elyəddin Cəfərovunda məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Gununsesi.info