“Hazırkı vəziyyətdə blok 1-ci cəhd imtahanının nəticələrinə əsasən ötən illə müqayisədə demək olar ki, bərabər səviyyəli vəziyyət formalaşıb”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi vurğulayıb:

“Blok 1-ci cəhdlə 2-ci cəhd müqayisə edildikdə isə, müəyyən qədər çətinlik sezilsə də, əsasən abituriyentlər 2-ci cəhddə nəticələrini yaxşılaşdırırlar.
Doğrudur, müəyyən qədər arxayınlaşan və tənbəlləşən abituriyentlər 2-ci cəhddə nəticələrini aşağı sala bilsələr də, ümumi kütlədə nəticələrin artması daha çox müşahidə olunur.
Buna görə də 2-ci cəhddən sonra ixtisasların keçid ballarında müəyyən dəyişikliklərin baş verməsi mümkündür.
Hazırkı vəziyyəti ümumi dəyərləndirsək, bütün ixtisas qrupları üzrə, xüsusilə prestijli ixtisaslarda ballarda cüzi artım ehtimalı var. Orta bal aralığında — yəni 1-ci, 2-ci, 3-cü və 4-cü qruplarda təxminən 250–450 bal aralığında olan abituriyentlərin daha çox sıxlıq təşkil etməsi gözlənilir. Bu da həmin aralıqda olan ixtisasların keçid ballarında müəyyən artıma səbəb ola bilər”.
Şəbnəm












