BMT “taxıl dəhlizi” ilə bağlı bəyanat verdi

  • By admin
  • 29 İyul 2022 11:53

“İstanbulda imzalanan saziş çərçivəsində Ukraynadan təhlükəsiz taxıl daşınması üçün detallar üzrə danışıqlar davam edir”.

Gununsesi.info xəbər verir ki, bununla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə hallar üzrə əlaqələndiricisi Martin Qriffits məlumat verib.

Qriffits dünən bildirib ki, Türkiyə, Rusiya və Ukrayna hərbi rəsmiləri keçən həftə imzalanan taxıl sazişinin standart əməliyyat prosedurları üzərində İstanbuldakı Birgə Koordinasiya Mərkəzində BMT qrupu ilə işləyirlər. Dünən gecə BMT-yə üzv dövlətlərə məlumat verən Griffiths “şeytanın xırdalıqlarda gizləndiyini” ifadə edərək, “Razılaşmaya uyğun olaraq ətraflı danışıqlar aparılır… Bu standart əməliyyat olmadan gəmilərin təhlükəsiz keçidini təmin edə bilmərik” – deyə bildirib.

Gununsesi.info