BMT TŞ sərhəddəki vəziyyətlə bağlı iclas planlaşdırmır

  • By admin
  • 16 Noyabr 2021 21:19

BMT Təhlükəsizlik Şurası hələ ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclas planlaşdırmayıb.

Gununsesi.info xəbər verir ki, bunu Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolya de Rivyer jurnalistlərə açıqlamasında deyib.

“Gündəmdə heç nə yoxdur. Ancaq bunu müzakirə edə bilərik”, – deyə Rivyer bildirib.

Gununsesi.info