ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti kəskin yüksəlib.
Gununsesi.info xəbər verir ki, Brent markalı neftin noyabr fyuçersləri 3,05% bahalaşaraq bir barel üçün 90,79 ABŞ dollarına yüksəlib. Bununla da Brent iyunun 11-dən bəri ən yüksək səviyyəsini görüb. Marka ötən həftə isə 15,9% bahalaşaraq apreldən bəri ən güclü həftəlik artımını qeydə alıb.
ABŞ-ın WTI markalı xam nefti isə 2,65% bahalaşaraq 84,68 ABŞ dollarına çatıb. Bu, WTI üçün iyunun 12-dən bəri ən yüksək göstəricidir. WTI də ötən həftə 15,5% bahalaşaraq mart ayının əvvəlindən bəri ən güclü həftəlik nəticəsini göstərib.








