Britaniya ELAN ETDİ: Rusiya Ukraynaya hücum etsə...

  • By admin
  • 19 Dekabr 2021 12:57

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bildirib ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, Londonun Kiyevə kömək məqsədilə qoşun göndərməsi çox çətin olacaq.

Gununsesi.info xəbər verir ki, B.Uolles bunu Kiyevin NATO üzvü olmaması ilə əsaslandırıb.

“Buna görə də ölkəyə hücum olarsa, alyansın kollektiv təhlükəsizliyinə təminat yoxdur. Ukraynanın NATO üzvü olmadığı bir faktdır, ona görə də kiminsə Ukraynaya qoşun göndərərək Rusiya ilə qarşıdurmaya getməsi ehtimalı çox azdır. Düşünürəm ki, bu, başadüşüləndir. Biz insanları bunu edəcəyik deyə aldatmamalıyıq”, – nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden də demişdi ki, Amerika və NATO üzvü olan ölkələrin Kiyevi silahlı münaqişədə qorumaq üçün hərbi gücdən istifadə etmək öhdəliyi yoxdur. O qeyd etmişdi ki, ABŞ heç vaxt keçmiş sovet respublikasına qoşun göndərməyi planlaşdırmayıb, ancaq regionda vəziyyətin gərginləşməsi halında iqtisadi sanksiyalar tətbiq olunacaq.

Gununsesi.info