Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxub

  • By admin
  • 24 Sentyabr 2020 16:01

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

 

 

Gununsesi.info