Rüşvətdən yaranan münasibətlərdə  əmlak hüququnu müdafiə etməsi nəyin nəticəsidir - BİR QURAMA CİNAYƏT İŞİNİN İZİYLƏ...

  • By admin
  • 24 Sentyabr 2020 16:02

 

Hər ötən il yola saldığımız müstəqillik illərimizdə həllini tapa bilməyən ən mühüm problemlərdən biri ölkənin məhkəmə-hüquq sistemindəki durumdur.

Azərbaycan Avropa Şurasına üzv qəbul olunsa da ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyini tam bərqərar edə bilməmişik. 

Əgər belə olmasaydı ki,  təkcə bu yaxınlardakı “Tofiq Yaqublu işi” Azərbaycanın beynəlxalq imicinə nə dərəcədə zərər vurduğunun şahidi olmadıq.

Sonda bu iş qismən də olsa müsbət nəticələndi. Ancaq bu, yerli etirazların və beynəlxalq qurumların təsiri ilə oldu.

Ancaq dövlət gözləməməlidir ki, hansısa ədalətsiz hökmlər  ictimai etirazlar fonunda həllini tapmalıdır.

Təəssüflər olsun ki, məhkəmələr istintaq orqanının gəldiyi nəticələri əsas tutaraq, hökmlər çıxarır. Baxmayaraq ki, məhkəmə hökmünü verərkən bu prosesdəki üzə çıxan araşdırmaya daha çox istinad etməlidir. Bu, yol verilməzdir.  Xalq  365/24  etiraz edə bilməz, qanun bərpası ilə məşğul ola bilməz.

İstintaq-məhkəmə orqanları “siz dediyiniz kimi qanuna riayət etsək,  gərək heç işləməyək”  zehniyyəti ilə işəməsələr dövlətimiz, xalqımız üçün daha faydalı ola bilər.

İnsanda, “Belə hüquq mühafizəsindəsə  hüquq anarxiyası daha yaxşıdır” kimi ilk görünüşdə ictimai bəla tərkibli olan  fikir doğuran bir iş haqqında danışmaq istəyirəm.

 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi  130080238 №-li cinayət işini  icra edib.

Bu cinayət işində nələr baş verdiyinə bir diqqət yetirək.

 

  1. Əməldə cinayətin subyektiv tərəfi öz təsdiqini tapmır.

 

Bəhsi gedən cinayət işində Rusiya vətəndaşı Arzuman Əliyev  “Tanker” ASC-nin ünvanına dəmir yolu ilə gələn 63901086, 60015583, 60032570, 6397729, 67350009 saylı, “Kristal R” MMC-nin ünvanına gələn 64501828, 62689567, 60920436, 64680978, 61750733, 65205981, 65040172, 67322081, 67688473, 61143921, 62559380, 67637918, 64212921, 64963754 saylı vaqonlarda Azərbaycana gələn polad boruları dələduzluqla ələ keçirməsi iddia olunur.

 

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun  11 iyun 2015-ci il    tarixli   7 saylı qərarında deyilir:  Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

 

İstintaq orqanları  Arzuman Əliyev ilə  “Tanker” ASC  və “Kristal R” MMC arasında heç bir bağlıq göstərmir və göstərə də bilməzdi,  çünki  Arzuman Əliyev  bu şirkətlərin adını ilk dəfə   məhkəmədə eşidirdi.

 

Sual:

Əgər  Arzuman Əliyev  cinayət işində bəhsi gedən polad boruları öz sərəncam vermə ixtiyarına keçirməyibsə və ya o polad borulara olan əmlak hüququnu ələ keçirmədən necə dələduzluq  edə  bilərdi?

 

Əgər istintaq orqanları Tanker” ASC-nin ünvanına dəmir yolu ilə gələn 63901086, 60015583, 60032570, 6397729, 67350009 saylı, “Kristal R” MMC-nin ünvanına gələn 64501828, 62689567, 60920436, 64680978, 61750733, 65205981, 65040172, 67322081, 67688473, 61143921, 62559380, 67637918, 64212921, 64963754 saylı vaqonları sadalayırsa,  o zaman bu vaqonların dəmir yolu qiyməsinin 24-cü bəndində  malı müşahidə edən  və dəmir yolu qiyməsinə əlavə edilmiş digər sənədlər göstərilir.  Nəyə görə istintaq orqanları o sənədləri üzə çıxarmırlar?  Orada bu boruların həqiqətdə kimin sərəncam vermə hüququna keçməsinin   aşkar olmasındanmı  qorxurlar?

 

 

  1. İstintaq orqanları qeyri-qanuni sahibkarlıqdan əmələ gəlmiş əmlak hüququnu qanuni müdafiə altına alıb.

 

AR CPM-nin 87.1-ci maddəsinə  görə ehtimal edilən cinayət zamanı fiziki şəxsə birbaşa maddi və ya mənəvi ziyan dəyərsə, o, zərərçəkmiş elan olunur.  İstintaq orqanlarının  İttiham aktı adlandırılan yazısına görə  boru məhsullarının qanunsuz dövriyyəsində Vıksa  Metallurgiya zavodu, Rustavi Metallurgiya Zavodu, “Kristal R” ASC, “Tanker” MMC, ARDNŞ iştirak edib.

 

Bonunla yanaşı   cinayət işində bəhsi gedən polad borular şəxsi əmlak ola bilməzdi və  Nazim Tahirovun və Elbrus Məmmədovun şəxsi mülkiyyətində  ola bilməzdi. Hər bir halda, istintaq orqanları Nazim Tahirovun və Elbrus Məmmədovun boruların qeyri qanuni sahibkarlıq fəaliyyəti nəticəsində  yaranmış mülkiyyət hüququnu  qanunun müdafiəsi altına ala bilməzdi.

 

Əgər borular  “Kristal R” ASC, “Tanker” MMC-nin mülkiyyətində idilərsə,  nəyə görə bu hüquqi şəxslər zərərçəkmiş hesab edilmədi?

 

Əgər borular  “Kristal R” ASC, “Tanker” MMC-nin mülkiyyətindən “qara dövriyyə” (qeyri qanuni sahibkarlıq) sxeminə keçdisə,   bu  qara dövriyyə   mütəşəkkil  qrupunun üzvləri kimlər idi?

 

 

İstintaq orqanlarının yazısına görə guya  Arzuman Əliyev Rüfət Vəliyevdən onu ARDNŞ-da işə düzəltmək üçün 50 min ABŞ dolları rüşvət almışdır.

Reallıqdan kənarda dayanaraq, bu absurdu həqiqət hesab etsək, yenə də görürük ki,  istintaq orqanları ən təhlükəli bir cinayəti- rüşvət verməni belə qanuni bir  iş sayırlar.

 

Əgər qanun adlanan bir anlayış varsa, vicdan və sivil ədalət mühakiməsi anlayışları mövcuddursa, Rüfət Vəliyev ya  AR CM-nin 312-ci maddəsi ilə rüşvət verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməli idi,  yox, əgər  onun dedikləri yalandırsa – o zaman AR CM-nin  295-ci maddəsi ilə günahlandırılmalı idi.

 

Bütün hallarda o, zərərçəkmiş sayılmır, çünki nə AR Konstitusiyası, nə AR Mülki Məcəlləsi, ya da hər hansı başqa qanunvericilik aktı heç bir Azərbaycan Respublikası vətəndaşına rüşvət vermək hüququ tanımır.

AR Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli “Dələduzluq haqqında cinayət işləri üzrə məhkəmə praktikası üzrə” Qərarında bildirilir:  məhkəmələr diqqətə almalıdırlar ki, maddi dəyəri olan əşyaların və pul vəsaitlərinin rüşvət olaraq verilməsində əli olan şəxslərin əməllərinin AR CM-nin 312 maddəsinin 29-cu bəndi ilə tövsif olunması onun əməllərində cinayət tərkibinin olmaması anlamına gəlmir və bu səbəbdən o, zərərçəkmiş şəxs kimi tanına bilməz, rüşvət kimi verdiyi dəyərli əşyaların qaytarılması ilə bağlı iddia irəli sürə bilməz.

 

 

Sual:

İstintaq orqanının  qeyri-qanuni sahibkarlığı hüquqi müdafiə altına alması səriştəsizlikdəndir, yoxsa  bunu normal bir hal hesab edirlər?

İstintaq orqanının  rüşvətdən yaranan münasibətlərdə  əmlak hüququnu müdafiə etməsi nəyin nəticəsidir: səriştəsizliyin yoxsa qanunsuzluğun?

 

  1. 130080238 №-li cinayət işində öz cavabını tapmamış digər suallar

Arzuman         Əliyev boruları oğurlayıbsa,  o zaman onun  “Kristal R” ASM, “Tanker” ASM ilə əlaqəsi cinayət işində nəyə görə  heç bir sözlə belə  göstərilmir?

 

Arzuman         Əliyev boruları oğurlayıbsa,   o boruların  satış dəyəri yox  real dəyəri  neçə idi?

 

Arzuman  Əliyev borulara sərəncam vermə hüququ əldə etmədisə,  o hüquq kimə məxsus idi?

 

Arzuman         Əliyev boruların pulunu oğurlayıbsa,  necə oldu ki,  ARDNŞ  boruların pulunu  bir küçə alverçisi kimi müqaviləsiz,  sənədsiz fiziki şəxsə verdi?

Arzuman         Əliyev boruların pulunu oğurlayıbsa,   və bu pulları ona müqaviləsiz, sənədsiz veriblərsə,  cinayət işində “mən maliyyə, maddi-tezniki təchizat üzrə qeyri rəsmi və  fövqəladə səlahiyyətli şəxs olaraq ARDNŞ-in digər  şirkətlərə ödəmələri valyuta ilə həyata keçirirdim” deyən şəxs  necə olur ki, bu şəxsin əməlləri AR CM-nin 310-cu maddəsi ilə cinayət təqibi altına alınmır?

Arzuman  Əliyev  Rüfət Vəliyevdən 50 000 manat  rüşvət vermək üçün alıbsa,  necə oldu  ki,  rüşvət vermə hüququ Azərbaycanda qanuni müdafiə altına alındı?

Əgər bu suallar ortada olan halda bir cinayət işi məhkəməyə gedirsə,   belə bir halda qnundan, qanunçuluqdan,  ədalətdən  danışmaq olarmı?

 

Fazil Bilalov

Gununsesi.info