“Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81% səviyyəsindədir”.
Gununsesi.info xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov IIMilli Rəqabət Forumunda çıxışı zamanı deyib.
“Ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşdırılmasına şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7% artaraq, 333 minə yaxın olub”,- deyə o əlavə edib.









