Venesuela hakimiyyəti Milad bayramı münasibətilə 99 məhbusu azadlığa buraxıb.
Penitensiar Xidmətlər Nazirliyi bunu dövlətin sülhə, dialoqa və ədalətə sadiqliyinin ifadəsi kimi qiymətləndirib.
Bildirilib ki, azad edilənlər prezident Nikolas Maduronun 2024-cü il seçkilərindən sonra baş verən iğtişaşlarla bağlı saxlanılmış şəxslərdir. Seçkilərdən sonra ümumilikdə təxminən 2400 nəfər həbs olunub, onların 2000-ə yaxını sonradan azad edilib.
Yerli QHT Foro Penal-ın məlumatına görə, ölkədə hazırda azı 902 siyasi məhbus var. Hüquq müdafiəçiləri azadlıqları müsbət addım saysalar da, bütün siyasi məhbusların tam azad edilməsini tələb edirlər.
Orxan











