Bu şəhərdə fövqəladə vəziyyət elan olundu

  • By admin
  • 09 Oktyabr 2020 15:37

Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov Bişkekin ərazisində Fövqəladə Vəziyyət elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, FV oktyabrın 9-u saat 20:00-dan oktyabrın 21-i saat 08:00-a kimi tətbiq olunacaq.

Bazar ertəsi günü Qırğızıstanda 4 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlar başlayıb. Etirazçılar ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmadan sonra parlamentə keçməyən müxalifət partiyalarının tərəfdarları prezident administrasiyasının yerləşdiyi parlament binasını ələ keçirib. Qarşıdurmalarda 1,2 mindən çox insan yaralanıb, biri nəfəröldürülüb. Qırğızıstan Baş naziri Kubatbek Boronov istefa verib.

Gununsesi.info