Bu sahillərdə xəzinə dolu 250 gəmi batıb

  • Müəllif: Orxan
  • 24 Dekabr 2024 17:31

Portuqaliya sahillərində içi xəzinə dolu 250 batmış gəmi var.

Gununsesi.info xəbər verir ki, bunu Lissabon Universitetinin arxeoloqu Alexandro Monteyro “Observador” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, qeydiyyatın aparılmağa başladığı 1500-cü ildən bəri Portuqaliya sahillərində 8260 gəmi qəzası olduğunu göstərən bir məlumat bazası hazırlayıb:

“Bilirik ki, xəzinə dolu 250 gəmi var və gec-tez kimsə onlardan birini tapacaq. Dövlətin hələ belə bir tapıntını xəzinə ovçularından qorumaq mexanizmi yoxdur”.

Monteyro bildirib ki, Portuqaliyanın Troya yarımadası sahillərində 1589-cu ildə batmış ispan gəmisində 22 ton qızıl və gümüş var.

Gununsesi.info