Budapeştdə etirazçılar körpünü bağlayıb

Macarıstanın paytaxtı Budapeştin mərkəzində minə yaxın etirazçı parlamentdə yüzminlərlə kiçik firma üçün vergi dərəcəsinin artırılması ilə bağlı müzakirələrə görə körpüdə hərəkəti bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Onlar əvvəlcə parlamentin qarşısındakı meydana toplaşıblar, sonra isə yaxınlıqdakı, Dunay çayı üzərində olan körpüyə doğru yürüş ediblər. Körpüdə avtomobillərin hərəkəti imkansızdır.

Etiraz aksiyası keçirilən ərazidə hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşı var.

Gununsesi.info