Cavanşir Feyziyev 400-ə yaxın imkansız ailəni sevindirdi - FOTOLAR

  • By admin
  • 04 Avqust 2020 09:00

Şəkidə pandemiya ilə bağlı xeyriyyəçilik tədbirləri davam etdirilir. 115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyevin təşəbbüsü ilə Qurban bayramı günlərində keçirilən növbəti xeyriyyəçilik tədbiri 360 ailəni əhatə edib.

Şəki şəhərində və kəndlərdə yaşayan 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl “Biz birlikdə güclüyük” devizi altında belə bir tədbir pandemiyanın ilk həftələrində – mart ayında keçirilmişdi və o zaman 780 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdi.

Gununsesi.info