Ceyhun Bayramov Avstriyada dəyirmi masada iştirak edib - FOTO

Avstriyada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi altında ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

Gununsesi.infoxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

“Görüşdə ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycan – Ermənistan münaqişədən sonrakı məsələlər ətrafında səmərəli müzakirə aparılıb”, – XİN bildirib.