Ceyhun Bayramov Qətərdə sammitdə iştirak edəcək

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2025 11:39

14 sentyabr 2025-ci tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.