CHP-nin seçkiqabağı prosesi başladı

  • By Admin2
  • 18 Fevral 2025 10:40

Siyasətdə növbədənkənar seçki debatları gündəmdə qalır.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, AK Partiya sədr müavini Mustafa Elitaş mövsüm şərtlərinə görə seçkinin 2027-ci ilin noyabrında keçirilməsini təklif etmişdi.

CHP sədri Özgür Özəl Elitaşa: “Cəsarət 2,5 illik iş deyil”deyib.

Belə ki, CHP-də prezidentliyə namizəd seçkilərinə girmək üçün müraciət prosesi başlayıb.

Partiya sözçüsü Deniz Yücel, “23 Mart 2025-ci ildə müəyyən ediləcək prezidentliyə namizədlik yarışında olmaq istəyən və Prezident Seçki Qanununda namizədlik şərtlərini yerinə yetirənlər 21 Fevral 2025-ci il Cümə günü saat 17:00-a qədər Partiya Mərkəzimizə müraciət edə bilərlər” deyə bildirib.

Orxan Saffari

Gununsesi.info