Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 12 Dekabr 2025 10:13

Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 268, o cümlədən borclu şəxs qismində axtarışda olan 239 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Gununsesi.info