Daha 3 ölkə rus diplomatları qovur

  • By admin
  • 18 Mart 2022 18:20

Litva, Latviya və Estoniya ölkələrindəki Rusiya səfirliklərinin əməkdalarını çıxarmaq qərarına gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Latviya Xarici İşlər Nazirliyi rus diplomatları diplomatik statusa zidd fəaliyyət göstərməkdə, Estoniya isə onları ölkənin təhlükəsizliyinə xələl gətirməkdə və propaqandada ittiham edir.

Bildirlib ki, rus diplomatların qovulması 3 ölkə arasında razılaşdırılıb.

Qeyd edək ki, bu gün Bolqarıstan da Rusiyanın ölkədəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Gununsesi.info