İnsanlar arasında müəyyən xəstəliklər yayılır – AQTA

  • By admin
  • 18 Mart 2022 18:33

Son dövlər insanlar arasında müəyyən xəstəliklərin yayılması halları artıb. Xüsusilə də pandemiya dövründə gördük ki, orqanizmimizin hansısa böhrana hazırlıq səviyyəsi ürəkaçan deyil.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri də sağlam olmayan qidalanmadır:

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində bununla bağlı mexanizmlər nəzərdə tutulub. Əhali əvvəldən necə sağlam qidalanmalı olduğunu bilərək orqanizmdə vitamin və mineralların balanslı şəkildə olmasını təmin edə biləcək. Bununla da vətəndaşların sağlam qidalanması və sağlam nəslin formalaşması üçün zəmin yaranacaq”.

Gununsesi.info