Demokratlar ABŞ Senatına nəzarəti ƏLƏ KEÇİRDİLƏR

  • By admin
  • 13 Noyabr 2022 09:47

Amerika Birləşmiş Ştatlarının Konqresinə aralıq seçkilərin nəticələrinə görə, Demokratlar Partiyasının nümayəndələri qarşıdakı iki il ərzində Senatda çoxluqlarını qoruyacaqlar.

Bu barədə CNN-ə istinadla yazır.

İndiki vəziyyətə görə, Konqresin Yuxarı Palatasında ümumi 100 yerdən 50-nə Demokratlar, 49-a isə Respublikaçılar sahibdirlər.

Konqresin Aşağı Palatasında Respublikaçılar 435 yerdən 211-nə, Demokratlar isə 204-nə sahibdirlər.

CNN qeyd edir ki, Senata nəzarəti saxlamaq prezident Co Bayden üçün Ağ Evdəki ilk müddətinin qalan 2 ili ərzində böyük təkandır.

Gununsesi.info