Deputat və qardaşı oğlu avtomobildə yandırıldı

  • By admin
  • 08 Avqust 2022 12:38

Haitidə keçmiş deputat və qardaşı oğlunun avtomobildə yandırılaraq öldürüldüyü bildirilir.

Gununsesi.info xəbər verir ki, hər iki şəxsin yanmış cəsədləri paytaxt Port-o-Prensin yaxınlığındakı Labul məhəlləsində tapılıb.

Xəbər aldıqdan sonra hadisə yerinə gələn polis siyasətçi və qardaşı oğlunun avtomobildə həyatlarını itirdiklərini müəyyən edib.

Qətlin əraziyə nəzarət etməyə çalışan silahlı dəstə tərəfindən törədildiyi güman olunur. Hadisə ilə bağlı araşdırma başladılıb.

Haitidə iyulun 24-də dəstələr arasında baş verən silahlı qarşıdurma nəticəsində 21 nəfər həyatını itirib. Şiddətli qarşıdurma ötən il iyulun 7-də Haitinin 53 yaşlı prezidenti Jovenel Moizin silahlı şəxslər tərəfindən güllələnməsinin ildönümündən bir gün sonra başlayıb.

Moiz öldürüləndən bəri silahlı dəstələr ölkəyə nəzarət uğrunda mübarizə aparırlar.

Gununsesi.info