Deputat Xocavənddəki terrorda həlak olanlara rəhmət diləyib

  • By ilhame
  • 19 Sentyabr 2023 20:19

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəazil Ağamalı Xocavənddə erməni terroru nəticəsində həlak olan polislərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyib.

 

Gununsesi.info xəbər verir ki, başsağlığında deyilir:

“Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti  yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilmiş terror aktı nəticəsində həlak olan polis əməkdaşlarımıza və mülki vətəndaşlarımıza Uca Yaradandan rəhmət diləyirəm.Allah rəhmət eləsin”.

 

Gununsesi.info