DİN-dən Nazilə Səfərlinin həbsi barədə xəbərə REAKSİYA

  • By admin
  • 10 İyul 2022 09:08
Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, xəbər həqiqəti əks etdirmir:
“Nazilə Səfərli qanuna müvafiq qaydada portaldan qeydiyyatdan keçib və icazə alaraq Kəlbəcər rayonuna səfər edib. Eyni zamanda səfərlə bağlı polis əməkdaşlarının işdən çıxarılması da həqiqətə uyğun deyil”.
Gununsesi.info