Direktor müavini olmaq istəyənlərin nəzərinə

  • Müəllif: Firuzə
  • 30 Avqust 2026 21:45

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsi elan edilir.

Gununsesi.info  xəbər verir ki, şagird sayı 501-dən çox olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 51-dən çox bal toplayan müəllimlər; şagird sayı 500-dən az olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 42 və daha çox bal toplayan müəllimlər; digər qiymətləndirmələr üzrə isə 70%-dən daha çox nəticə göstərmiş müəllimlər direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Müsabiqə necə keçiriləcək?

Müsabiqə 2 mərhələdən ibarətdir:

Sənəd qəbulu

Müsahibə

Test mərhələsi keçirilməyəcək.

Namizəd müsabiqə zamanı 3 vakant yer seçə bilər.

Namizədlər aşağıdakı bacarıqlar üzrə qiymətləndiriləcəklər:

Liderlik və strateji idarəetmə

Pedaqoji və tədris bacarıqları

İdarəçilik və təşkilatçılıq

Ünsiyyət və əlaqə

Problemlərin həlli və qərarvermə

Rəqəmsal bacarıqlar

Sosial və emosional bacarıqlar

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə vakant yerlər:

Abşeron rayonu • Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəb — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Ağdərə kənd ümumi orta məktəb — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini

Xızı rayonu • Xızı rayonu Zaur Abbasov adına Baxşılı kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini.

Gununsesi.info