Dövlət rüsumları artırılır- YENİ QİYMƏTLƏR

  • By admin
  • 01 Noyabr 2021 13:54

Milli Məclis “Dövlət rüsumu haqqında” qanunu dəyişir.

Gununsesi.info bildirir ki, yeni dəyişikliklərə əsasən rüsumlar artırılır.

Bu gün artanların bir hissəsi:

▪ Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır. 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata qaldırılır.

▪ Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

▪ Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.

▪ Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata qaldırılır.

▪ Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır.

▪ Avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatdan 30 manata qaldırılır.

▪ Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

▪ Şəxsi istifadə üçün ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı üçün yeni rüsumlar tətbiq ediləcək.

▪ Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır.

▪ İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.

▪ Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək,
bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.

▪ Səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumu Bakı şəhərində 60 manatdan 90 manata qaldırılır.

▪ Baytarlıq pasportunun verilməsinə (bir sənəd) görə 20 manat dövlət rüsumu tutulacaq

▪ Tikintinin layihəsinin qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.

▪ Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları qaldırılır.

▪ Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.

▪ Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq

▪ Zərgərlik məmulatlarına dair dövlət rüsumları 50 faizdən çox artırılır

▪ Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.

▪ Tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq

▪ Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır

▪ İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2500 manat dövlət rüsumu tutulacaq.

▪ Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün 50 manat rüsum tutulacaq.

Maliyyə nazirinin müavini bildirib ki, dövlət rüsumlarının artırılmasından il ərzində 100 milyon manat əlavə vəsaiət əldə edəcəklər.

Günay
Gununsesi.info