ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,61% artaraq 1 barelə görə 75,38 ABŞ dolları təşkil edib.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,54% artaraq 1 barelə görə 72,08 ABŞ dolları olub.
Gununsesi.info